

Azərbaycanın vətəndaşı kimi, mən öz ölkəmi çox sevirəm. Azərbaycan mənim üçün ən gözəl və doğma diyardır. Ölkəmin böyüklüyü və xalqımın müdrikliyi sahəsində, mən vətəndaş və dizayner kimi, böyüyüb müəyyən uğurlar əldə etmişəm. Koronavirusla bağlı Azərbaycanın yaşadığı bu çətin günlərdə, mən xalqımdan kənarda qala bilmərəm. Biz hamımız yetkinliklə həmin günləri birgə yaşamalıyıq. Vətənimə dəstək məqsədi ilə, mən İstanbul şəhərində yerləşən AFFFAIR atelyesində məhdud sayda lüks seriyalı T-shirt istehsalına başlayıram. Onların hamısı AFFFAIR brendi adı altında tərəfimdən imzalanıb və nömrələnəcəkdir. Bundan başqa, foto şəkiliniz əsasında biz bədii əsər yaradıb, yeganə sayda eksklüziv T-shirtlərin buraxılmasını nəzərdə tutmuşuq. T-shirt əldə edən hər bir kəs AFFFAIR brendinin 10%, 20% və 30% gədər güzəştli kuponları əldə etmək imkanına malik olacaqdır.
T-shirtlərin satışından əldə ediləcək bütün maliyyə vəsaitlərinin Koronavirusa qarşı mübarizə fonduna köçürülməsi nəzərdə tutulur.
Bu proyektə dəstək verilməsinə görə,
Mədəniyyət Nazirliyinə və
Kreativ Azərbaycan portalına (www.creative.az)
dərin təşəkkür edirəm.
Hörmətlə, Rüfət İsmayıl
Necə sifariş etməli ?
T-shirt üzərində olacaq şəkili seçin
T-shirt modelini seçin



Normal model



Böyük model
T-shirt tərəflərini seçin

Ön hissədə


Arxa hissədə

L, M, S, XL, XS
Məhsul sifarişi etmək üçün nümunə:
- Bəyəndiyiniz şəkili seçirsiniz
- T-shirt modelini seçirsiniz
- Şəkilin T-shirt-ün önündə və ya arxa hissəsində olacağını seçirsiniz
- T-shirt bədən ölçülərini seçirsiniz (Misal üçün “M” ölçülü)
- T-shirt-ə aid seçimlərinizi etdikdən sonra özünüzə aid məlumatları qeyd edirsiniz.
- Ad, Soyad, ölkə, şəhər, yaşadığınız ünvan
Sifariş üçün muraciət
Bütün məlumatları təsdiqlədikdən sonra yekun nəticəni aşağıda təqdim etdiyimiz nömrəyə göndərə və ya zəng edə bilərsiniz.
Mobil / WhatsApp: +90 546 776 29 95